İdmançımız dünya üçüncüsü oldu

Azərbaycanın sərbəst güləşçisi Hacımurad Hacıyev Estoniyanın paytaxtı Tallində keçirilən gənclər arasındakı dünya çempionatında bürünc medal qazanıb.

ONN media xəbər verir ki, 74 kq çəki dərəcəsində mübarizə aparan idmançı Gürcüstan və Almaniya güləşçilərini məğlub etsə də, yarımfinalda ABŞ təmsilçisinə uduzub. Hacıyev üçüncü yer uğrunda görüşdə rusiyalı Devid Betanovu üstələyib.

Bu gün mübarizəyə qoşulan Əsgər Məmmədəliyev (61 kq), Məhəmməd Asiyatilov (86 kq), Asxab Həmzətov (92 kq) və İslam Abuyev (125 kq) medalsız qalıb.

Qeyd edək ki, ilk yarış günündə sərbəst güləşçilərdən Turan Bayramov (65 kq) və Abubakr Abakarov (79 kq) da bürünc medala sahib olub.