“İlin futbolçusu” adına namizədlər açıqlandı

FİFA ötən mövsümün ən yaxşı futbolçusu adına namizədləri açıqlayıb.

ONN media xəbər verir ki, “The Best” mükafatına on futbolçu namizəddir:

Kriştiano Ronaldo (“Yuventus” / Portuqaliya), Frenki de Yonq (“Ayaks” / Hollandiya), Matteis de Liqt (“Ayaks” / Hollandiya), Eden Hazard (“Çelsi” / Belçika), Harri Keyn (“Tottenhem” / İngiltərə), Sadio Mane (“Liverpul” / Seneqal), Kilian Mbappe (PSJ / Fransa), Lionel Messi (“Barselona” / Argentina), Məhəmməd Salah (“Liverpul” / Misir), Vircil van Dayk (“Liverpul” / Hollandiya).

Qeyd edək ki FIFA-nın saytındakı sorğuda azarkeşlər ilin futbolçusunu müəyyənləşdirəcək. Qalibin adı sentyabrın 23-ü, Milanda keçiriləcək tədbirdə açıqlanacaq.

Xatırladaq ki, ötən mövsüm bu mükafatı Xorvatiya millisinin və “Real”ın yarımmüdafiəçisi Luka Modriç qazanmışdı.