ONN İnformasiya Agentliyi

İnterdən gözlənilməz məğlubiyyət

İnterdən gözlənilməz məğlubiyyət
11 Mart 2023 - 9:23

İtaliya A Seriyasında XXVI tura start verilib.

İlk gündə bir oyun keçirilib. Açılış matçında “İnter” “Spetsiya”nın qonağı olub. Görüş “nerazzuri”nin məğlubiyyəti ilə başa çatıb – 1:2.

Matçda hesablı 55-ci dəqiqədə Daniel Maldini ilə “Spetsiya” açıb. 83-cü dəqiqədə Romelu Lukaku hesabı bərabərləşdirsə də, 4 dəqiqə sonra Mbala Nzola meydan sahiblərinin qələbə qolunu vurub.

Bu məğlubiyyətdən sonra “İnter” 50 xalla turnir cədvəlinin 2-ci pilləsindədir. Simone İnzaginin komandası lider “Napoli”dən 15 xal geri qalır. Xalını 24-ə çatdıran “Spetsiya” isə 18-cidir

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png