ONN İnformasiya Agentliyi

İrina Zaretskadan ikinci qələbə

İrina Zaretskadan ikinci qələbə
07 Avqust 2021 - 10:40

Azərbaycan karateçisi İrina Zaretska Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.

61 kq-dan yuxarı çəkidə çıxış edən idmançı A qrupundakı ilk döyüşündə italiyalı Silviya Semeraro ilə üz-üzə gəlib.

Zaretska rəqibinə 3:2 hesabı ilə qalib gəlib. O, növbəti qarşılaşmasını Sofya Berultseva (Qazaxıstan) ilə keçirəcək.

Qrupda ilk 2 yerdən birini tutacağı təqdirdə, Azərbaycan təmsilçisi yarımfinala yüksələcək və ən azı bürünc medalı təmin edəcək.

***

Tokio 2020 Yay Olimpiya Oyunlarında Azərbaycan karateçisi İrina Zaretskaya qadınlar arasında 61 kiloqramdan yuxarı çəki dərəcəsində yarışlara qələbə ilə başlayıb.

İ.Zaretskaya qrup mərhələsinin ilk görüşündə yaponiyalı idmançı Ayumi Uekusaya 4-1 hesabı ilə qalib gəlib.

Karateçimiz qrup mərhələsində növbəti görüşlərini italiyalı Silviya Semeraro, qazaxıstanlı Sofya Berultseva və Meltem Hocaoğlu Akyola qarşı keçirəcək.

Xatırladaq ki, ötən gün azərbaycanlı karateçi Rəfael Ağayev 75 kiloqram çəki dərəcəsində gümüş medala sahib olub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png