ONN İnformasiya Agentliyi

İslamiadada Azərbaycan 5-ci sıradadır

İslamiadada Azərbaycan 5-ci sıradadır
13 Avqust 2022 - 9:22

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarının 8-ci yarış günündən sonra Azərbaycanın aktivindəki medalların sayı 35-ə yüksəlib.

ONN media xəbər verir ki, medallardan 9-u qızıl, 12-si gümüş, 14-ü bürünc əyarlıdır.

Bu nəticə ilə Azərbaycan iştirakçı ölkələrin ümumi sıralamasında 5-ci yerdə qərarlaşıb. İlk 4 pillədə medal əyarında müvafiq olaraq, Türkiyə 137 (48 qızıl, 48 gümüş, 41 bürünc), İran 56 (22 qızıl, 18 gümüş, 16 bürünc), Özbəkistan 53 (18 qızıl, 14 gümüş, 21 bürünc), Qazaxıstan 36 (12 qızıl, 5 gümüş, 14 bürünc) medalla qərarlaşıb.

İndiyədək ümumilikdə 56 ölkədən 39-u medal qazana bilib.

Qeyd edək ki, Azərbaycan yığması medallarını 6 növdə – güləş (6 qızıl, 6 gümüş, 6 bürünc), taekvondo (1 qızıl, 2 gümüş, 2 bürünc), idman gimnastikası (1 qızıl, 2 gümüş, 1 bürünc), atletika (1 qızıl, 2 gümüş), ağırlıqqaldırmada (3 bürünc) və para-oxatma (2 bürünc) və əldə edib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png