ONN İnformasiya Agentliyi

İtaliya A seriyasının bərpa tarixi bəlli oldu

İtaliya A seriyasının bərpa tarixi bəlli oldu
27 May 2020 - 22:24

Koronavirus pandemiyasına görə dayandırılan İtaliya A Seriyasının bərpa tarixi məlum olub.

ONN media  xəbər verir ki, dünən 20 klubun nümayəndəsinin iştirakıyla keçirilən videokonfransda A Seriyasının iyunun 13-də bərpa olunmasıyla bağlı plan təsdiqlənib. Bu barədə “Football İtalia” saytı məlumat yayıb.

İyunun 13-də A Seriyasının 25-ci turundan təxirə salınan “Atalanta” – “Sassuolo”, “İnter” – “Sampdoriya”, “Torino” – “Parma” və “Verona” – “Kalyari” matçlarının keçirilməsi gözlənilir. A Seriyasının 26-cı turuna isə iyunun 20-dən start veriləcək.

Çempionatın bərpası haqda rəsmi qərar mayın 29-da İtaliyanın idman naziri, yerli futbol federasiyası və klubların nümayəndələrinin videokonfransından sonra veriləcək.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png