ONN İnformasiya Agentliyi

İtaliya millisində istefalar başladı

İtaliya millisində  istefalar başladı
14 Noyabr 2017 - 23:54
Əfsanəvi qapıçı Canluici Buffonun ardınca təcrübəli futbolçular Danile De Rossi və Andrea Bartsalyi də İtaliya millisində ayrıldığını açıqlayıb.
ONN media xəbər verir ki, buna səbəb komandanın DÇ-2018in pley-off mərhələsində İsveç yığmasına məğlubiyyəti olub.
İsveç ilə qarşılaşmadan sonra mediaya açıqlama verən 34 yaşlı De Rossi milli komanda mövzusunun onun üçün bağlandığını deyib:
“Bizim futbolumuz qaranlıq bir dövrdədir. Federasiyanın hazırda tək önəmli bir vəzifəsi var: belə bir xəyal qırıqlığından sonra yenidən hərəkətə keçmək. 180 dəqiqəlik performansımızın qarşılığı ələnmək olmamalı idi. Ancaq onları da təbrik edirik”.
A.Bartsalyi isə bu matçın həm karyerasına, həm də milli komandaya böyük zərbə vurduğunu bildirib.
ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png