ONN İnformasiya Agentliyi

Kadi “Qarabağ”dan gedir?

Kadi “Qarabağ”dan gedir?
27 Dekabr 2022 - 8:41

İstədim ki, səmimi olum. Bunlar 2 günün xəbəri deyil. İlboyu danışıqlar, təkliflər olur. Sadəcə, danışıqların hansı mərhələyə gəlib çatdığı bilinmir. Əcnəbi klubların Kadi Borges və Marko Veşoviçlə maraqlandıqlarını demişəm.

Bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Kadi Borges və Marko Veşoviçlə xarici klubların maraqlanması barədə danışarkən deyib.

Q.Qurbanov braziliyalı yarımmüdafiəçiyə uzun müddətdir maraq olduğunu vurğulayıb:

“Təkcə “Krasnodar” yox, başqa bir neçə ölkənin klubu onu diqqət mərkəzində saxlayırdı. Bunlar normal haldır. Ötən yay Kvabena Ovusu və Leandro Andrade ilə də maraqlanmışdılar. Bizim özümüz də bəyəndiyimiz futbolçuların klubları ilə əlaqə saxlayır, danışıqlar aparırıq. Normal prosesdir. Sadəcə, bu, nə dərəcə bizim xeyrimizə olacaq, qarşıdakı günlərdə və ya aylarda bilinəcək”.

Qeyd edək ki, Kadi Borgeslə Rusiyanın “Krasnodar” klubu arasında danışıqların getdiyi və transferin son mərhələdə olduğu barədə xəbərlər yayılıb

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png