Karantin müddətində futbolla bağlı – RƏSMİ AÇIQLAMA

Futbol komandalarının kiçik qruplar şəklində və ya digər formalarda məşqlərə başlaması ilə bağlı qərar yoxdur.

ONN media  xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov Operativ Qərargahın brifinqində deyib.

O bildirib ki, məsələ aktiv müzakirə fazasındadır: “Vəziyyətdən asılı olaraq bu barədə qərar qəbul ediləcək”.