ONN İnformasiya Agentliyi

Kobinin helikopterinin düşməsində ŞOK SƏBƏBLƏR AÇIQLANDI

Kobinin helikopterinin düşməsində ŞOK SƏBƏBLƏR AÇIQLANDI
27 Yanvar 2020 - 21:36

Əfsanəvi basketbolçu Kobi Brayantla qızı Ciannanın eləcə də, daha 7 nəfərin olduğu helikopterin düşməsinin səbəbi məlum olub.

ONN media xəbər verir ki, Los-Anceles polis departamenti qəzanın pilotun səhvi ucbatından baş verdiyini açıqlayıb. İddialara görə, qatı duman səbəbindən pilot 15 dəqiqə dairəvi hərəkət edib. Helikopter əvvəlcə qərbə, daha sonra isə cənuba istiqamət alıb. Cənubda dağ olduğunu bilməyən pilot 1200-dən 2000 futa qalxaraq faciənin baş verməsinə səbəb olub. Helikopter 161 düyün, yəni 298 kilometr sürətlə dağa çırpılıb və alışıb.

“The Sun” qəzeti isə helikopterin səs qeydlərini yayımlayıb. Qeydlərə əsasən, pilot Ara Zobayana “çox aşağıdan uçursan” deyə xəbərdarlıq edilib. Zobayanın aşağıdan uçuşu səbəbindən helikopterin yeri radarlarda dəqiqliklə görülməyib. Bundan başqa, Zobayana havanın qatı dumanlı olması ilə bağlı bir neçə dəfə xəbərdarlıq edilsə də, pilot buna da əhəmiyyət verməyib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png