ONN İnformasiya Agentliyi

Konfrans Liqası: Bu oyunu Əliyar Ağayev idarə edəcək

Konfrans Liqası: Bu oyunu Əliyar Ağayev idarə edəcək
20 Fevral 2024 - 11:10

Azərbaycanın FİFA referisi Əliyar Ağayev UEFA-dan yeni təyinat alıb.

ONN media xəbər verir ki, 37 yaşlı beynəlxalq dərəcəli hakim Bolqarıstanda “Ludoqorets” və İsveçrənin “Servett” komandaları arasında keçiriləcək Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununu idarə edəcək.

Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək. Qarşılaşmanın VAR hakimi Türkiyədən Alper Ulusoy, onun köməkçisi həmyerlisi Abdulkadir Bitigen olacaq.

Oyunun hakim-inspektoru isə Fransadan Fredi Fautreldir.

Qeyd edək ki, fevralın 22-də Razqrad şəhərində keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:45-də start götürəcək. İlk qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png