Konora Moskvada butulka atdılar — VİDEO

Moskvada otellərin birində açıq məşq keçirən irlandiyalı döyüşçü Konor Makqreqor gözlənilməz situasiya ilə üzləşib.

Məşq zamanı Konora zaldan butulka atılıb. Cəld tərpənən Makqreqor zərbədən yayına bilib. İrland döyüşçünün ünvanına təhqirlər səsləndirməyə hazırlaşan hücumçunu mühafizəçilər zaldan çıxarıb. Bundan sonra Konor “Gördünüz, kimdir qorxaq? Budur mənəm, gəlin, gəlin” deyib.

Xatırladaq ki, Makqreqora butulka hücumunun dağıstanlılar əleyhinə təhqiramiz fikirlər səsləndirməsi ilə əlaqədar olduğu ehtimal edilir. (Qafqazinfo.az)