ONN İnformasiya Agentliyi

Kubokun finalı mayın 28-də keçiriləcək

Kubokun finalı mayın 28-də keçiriləcək
17 Fevral 2018 - 18:48

Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovla Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev arasında görüş keçirilib.

ONN media-nın PFL-in saytına istinadən verdiyi xəbərə görə, işgüzar görüş zamanı milli komandamızın qarşıdakı oyunlarının təqvimi müzakirə edilib. 

Yığmamızın 29 mayda Qırğızıstan millisi ilə yoldaşlıq görüşü keçirəcəyinə baxmayaraq, Azərbaycan Kubokunun final görüşünün vaxtında hər hansı bir dəyişiklik edilməyəcək. Belə ki, Azərbaycan kubokunun 2017/2018-ci illər mövsümünün final oyunu əvvəlcədən nəzərdə tutulduğu kimi 28 may Respublika günündə baş tutacaq. 

Millimizin mart toplanışı və 11 aprel Prezident seçkiləri ilə əlaqədar olaraq futbol təqvimində müəyyən dəyişiklik ediləcək. Bu barədə məlumat yaxın günlərdə məlumat veriləcək. 

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png