ONN İnformasiya Agentliyi

“Legiya” Mahir Emreli ilə bağlı bəyanat yaydı

“Legiya” Mahir Emreli ilə bağlı bəyanat yaydı
12 Yanvar 2022 - 21:59

Polşanın “Legiya” klubu  Azərbaycan millisinin futbolçusu Mahir Emreli ilə bağlı bəyanat yayıb.

ONN media xəbər verir ki, məyanatda deyilir:

“Mətbuatda “Legiya” ilə onun oyunçusu Mahir Emreli arasındakı münasibətlərlə bağlı yayılan xəbərlərə görə, nəzərinizə çatdırırıq ki, Mahir Emrelinin hazırda etibarlı olan müqaviləsi var və o, klubun futbolçusudur. “Legiya” dəfələrlə onu kluba qayıtmağa və müqavilə öhdəliklərini yerinə yetirməyə çağırıb, həmçinin futbolçuya lazım olan hər cür dəstəyi təklif edib.

Klub daim futbolçu ilə razılığa gəlməyə çalışır, onun nümayəndələri ilə danışıqlar aparır. Eyni zamanda, klub danışıqların məxfiliyini və faydalarını nəzərə alaraq, onların məzmununu açıqlamır”.

Həmçinin, “Legiya” Emrelinin vəkili Anıl Dinçərin bəyanatlarını da “yalan və hüquqi əsası olmayan ifadələr” adlandırıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png