Levandovskidən daha bir REKORD

Almaniyanın “Bavariya” klubunun futbolçusu Robert Levandovski daha bir rekorda imza atıb.

ONN media  xəbər verir ki, polşalı hücumçu Bundesliqada ardıcıl 8 səfər oyununda qol vuran ilk futbolçu olub.

Levandovski seriyasını “Şalke” ilə matçda 8-ə çatdırıb. O, 4:0 hesablı səfər qələbəsinə 1 qolla töhfə verib.

Qeyd edək ki, Levandovski 17 turdan sonra 23 qolla bombardirlər yarışının lideridir.