Lionel Messinin qardaşı həbs olundu- FOTO

İspaniyanın “Barselona” klubunun futbolçusu Lionel Messinin qardaşı Matias Messi həbs olunub.

ONN media-nın “report”a istinadən verdiyi məlumata görə, M.Messinin qanlı qayığında tapança tapılıb.

O, verdiyi ifadədə motorlu qayığı Argentinadakı qumlu sahilə çırpdığını və nəticədə sifətinin kəsikdən qanadığını bildirib. Hadisə yerinə gələn polis onu ələ keçirib.

Qeyd edək ki, Matias Messi avqustda yol qəzasına düşüb. Ötən il isə onun avtomobilindən tapança tapılıb. Lionel Messinin qardaşına narkotik maddələr və spirtdən çəkinməsi məsləhət görülüb.