ONN İnformasiya Agentliyi

Məşhur futbol ulduzu koronavirusa YOLUXDU

Məşhur futbol ulduzu koronavirusa YOLUXDU
14 Oktyabr 2020 - 2:54

Turinin “Yuventus” komandasının və Portuqaliya yığmasının futbolçusu Kriştianu Ronaldunun koronavirus testi müsbət nəticə verib.

ONN media  xəbər verir ki, bu barədə Portuqaliya Futbol Federasiyasının saytında məlumat verilir.

Qeyd olunur ki, 35 yaşlı hücumçuda heç bir simptom yoxdur, o, təcrid olunub. Ronaldu milli komandada işdən azad edilib və Millətlər Liqasının qrup turnirində çərşənbə günü Lissabonda keçiriləcək İsveçə qarşı oyunda iştirak etməyəcək. Oktyabrın 11-də Ronaldu Millətlər Liqasında Fransa yığmasına qarşı Sen-Denidə keçirilmiş və 0:0 hesabı ilə başa çatmış oyunda 90 dəqiqə oynayıb.

Bildirilir ki, Portuqaliya yığmasının bütün üzvləri COVID-19 keçiirliblər və digər infeksiyaya yoluxma halı aşkar edilməyib.

Ronaldu “Qızıl top”un beşqat sahibidir, Portuqaliya yığmasının tərkibində Avropa çempionudur, klub səviyyəsində çoxsaylı mükafatların sahibidir. Ötən mövsümdə hücumçu bütün turnirlərdə 46 oyun keçirib, 37 qol vurub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png