Məşhur futbolçudan ŞOK QƏRAR- Bundan sonra…

Madridin “Atletiko” klubunun sabiq hücumçusu Luis Suares ABŞ-ın “Los-Anceles Qalaksi” klubu ilə müqavilə imzalayıb.

ONN media xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano öz “Twitter” hesabında yazıb.

Mənbənin məlumatına görə, azad agent statusunda olan uruqvaylı futbolçu yeni klubu ilə birillik müqavilə imzalayıb.

Daha əvvəl hücumçu ilə İtaliyanın “Fiorentina” və “Atalanta”, eləcə də “Aston Villa”, “Ayaks” və “River Pleyt” klubları maraqlanırdı.