ONN İnformasiya Agentliyi

Məhəllə futbolunun acınacaqlı günləri

Məhəllə futbolunun acınacaqlı günləri
18 Noyabr 2017 - 13:48
Futbol ingilis fəhlələrinin məhəllə aralarında oynadığı əyləncəli oyun olaraq başladı. Bu oyunun beynəlxalq səviyyədə mübarizə və rəqabətə çevrilməsi, həqiqətən, maraqlı və araşdırılmağa dəyər bir proses oldu. Ölkələrin milli komandalar nəzdində təmsil edilməsi bəzən futbolu siyasiləşdirdi, dostluq oyunları bəzən ölkələr arasındakı münasibətləri bərpa etdi, futbol adından edilən jestlər bir çox kütlənin dostluğu üçün ilk addım oldu. Futbol komandaları, ölkələri üçün nümunə, futbolçular isə cəmiyyət üçün nümunə təşkil etmək missiyasını öz üzərinə götürdü.
Bu səbəbdən futbolun inkişafı bu gün həyatımızda ən önəmli məsələlərdəndir.Məhəllə futbolunun acınacaqlı günləri
Bu günlərdə yolum Yeni Romana qəsəbəsinə düşmüşdü gördüyüm mənzərələr məni çox təsirləndirdi. Yolun ortasında balaca uşaqların necə həvəslə futbol oynadıqları məni həm sevindirdi həm də təsirləndirdi. Sevindirdi ona görə ki, heç maşınların gəlməyinə fikir vermədən dar maşın yolunda çox həvəslə qaçır, topu qovur və bir-birinə ötürərək qol vurmaq istəyirdilər.
Təsirləndirdi ona görə ki, Bakı kəndlərinin çoxunda uşaqlarımız üçün futbol oynamaq üçün demək olar ki, meydançalar ayrilmayıb. Bu isə uşaq futbolunun inkişafına cox böyük zərbədir. İcra başçıları Bakı ətrafında bütün torpaqları satanda bu haqda fikirləşməli idilər. Axı bu gün futbolçular daha çox kasıb ailələrin uşaqlarından yetişə bilər. Onların isə hardasa ödənişli yerdə futbol oynamaq imkanları yoxdur. Məhəllə uşaqlarının belə acınacaqlı futbol oyunu demək olar ki, Bakının bütün kəndlərində mövcuddur.
Bu gün Azərbaycanda demək olar ki, cox yerdə Olimpiya kompleksləri tikilib, bu usaq futbolunun inkişafına kömək etmir, çünki həm ödınişlidir , həm də hər bir futbol oynamaq arzusu olan uşağın ora getməsi mümkün deyil.
Dövlət Başçımızın idmana bu qədər diqqət ayırdığı bir zamanda, yerli icra orqanları buna biganə qalmamalıdır.
Azərbaycan Futbol Federasiyası futbolumuzun inkişafını istəyirsə bu haqda ciddi fikirləşməlidir, çünki Dünya futbolunda inkişafımız məhəllə futbolundan başlayır.
Bilman
ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png