ONN İnformasiya Agentliyi

Məmmədyarov ilk günün lideridir

Məmmədyarov ilk günün lideridir
03 Mart 2018 - 8:23

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Rusiyanın paytaxtı Moskvada start götürən Mixail Talın xatirə turnirində ilk günü lider kimi başa vurub. İlk gündə sürətli şahmat üzrə 3 tur oynanılıb.

33 yaşlı qrossmeyster rusiyalı Petr Svidlerlə hindistanlı dünya çempionu Vişvanatan Anandı yenib. Daha bir rusiyalı Vladimir Kramniklə görüş isə heç-heçə nəticələnib.

Beləliklə, ilk 3 turdan sonra Məmmədyarov 2,5 xalla liderdir. Daha 6 turun keçiriləcəyi sürətli şahmat yarışına martın 4-də yekun vurulacaq. Martın 5-də isə 13 turdan ibarət blits-turnir təşkil olunacaq.

Şəhriyar Məmmədyarov 10 – 28 martda Almaniyanın paytaxtı Berlində İddiaçılar Turnirində mübarizə aparacaq.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png