ONN İnformasiya Agentliyi

Mərakeş İspaniyaya qalib gələrək 1/4-ə finala yüksəldi

Mərakeş İspaniyaya qalib gələrək 1/4-ə finala yüksəldi
06 Dekabr 2022 - 21:50

Qətərdə keçirilən dünya çempionatında İspaniya və Mərakeş yığmaları arasında 1/8 final mərhələsinin oyunu başlayıb.

ONN media-nın məlumatına görə, qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürüb.

***

Qarşılaşmanın əsas vaxtında qapılara qol vurulmayıb.

İspaniya və Mərakeş yığmaları arasında 1/8 final matçında əlavə vaxt başlayıb.

***

İspaniya və Mərakeş yığmaları arasında 1/8 final matçında əlavə vaxt başa çatıb.

Görüşdə hesab açılmadığından qalibi penaltilər seriyası müəyyənləşdirəcək.

***

Mərakeş millisi Qətərdə keçirilən dünya çempionatında 1/4 finala vəsiqə qazanıb.

Afrika təmsilçisi 1/8 finalda İspaniyanı mübarizədən kənarlaşdıraraq, adını növbəti mərhələyə yazdırıb.

Matçın əsas və əlavə vaxtında hesab açılmayıb. Penaltilər seriyasında daha dəqiq oynayan (3:0) mərakeşlilər 1/4 finala adlayıb.

Qeyd edək ki, Mərakeş yığması növbəti raundda Portuqaliya – İsveçrə cütünün qalibi ilə qarşılaşacaq.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png