ONN İnformasiya Agentliyi

Məşhur futbolçu PSJ-dan ayrılmaq istəyir

Məşhur futbolçu PSJ-dan ayrılmaq istəyir
20 Dekabr 2022 - 8:30

Fransanın millisinin hücumçusu Kilian Mbappe dünya çempionatında məğlubiyyətdən sonra PSJ klubundan ayrılmaq istəyir.

ONN media xəbər verir ki, bu barədə Sport.es məlum yayıb.

İyirmi üç yaşlı hücumçu 2023-cü ilin yayında klubunu dəyişməyi düşünür. Qeyd olunur ki, futbolçu Fransanı tərk edərək daha güclü kluba keçmək arzusunda olduğunu bildirib.

Mbappe başqa kluba keçmək xətrinə maaşında ciddi azalma ilə də razılaşır.

Cari ilin oktyabrın 12-də bir neçə klubun Mbappe ilə maraqlandığı məlum olub. Fransa yığmasının direktoru Antero Enrike onlara hücumçunun transferi üçün 400 milyon avro məbləğində vəsait açıqlayıb. Parislilərlə müqavilə üç mövsümlükdür və 2025-ci il iyunun 30-da başa çatacaq. Futbolçunun maaşı vergilər çıxdıqdan sonra illik 57 milyon avrodur

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png