ONN İnformasiya Agentliyi

Məşhur qapıçı prezidentliyə namizədliyini elan etdi

Məşhur qapıçı prezidentliyə namizədliyini elan etdi
17 Fevral 2020 - 21:35

Portuqaliyanın “Portu” klubunun futbolçusu İker Kasilyas İspaniya Futbol Federasiyasının (RFEF) prezidenti vəzifəsinə namizədliyini açıqlayıb.

ONN media bildirir ki, ispaniyalı qapıçı özünün “Twitter” hesabından namizədliyini rəsmən elan edib.

38 yaşlı qolkiper ona dəstək olan insanlara təşəkkürünü bildirib. “Sevginizə və dəstəyinizə görə çox sağ olun. Namizədliyimiz üzərində maksimum hörmət və qətiyyətlə çalışırıq. 23 min nəfərdən çox seçici bizi ədalətli seçkilərdə gözləyir”, – Kasilyas sosial şəbəkədə yazıb.

Federasiya prezidentliyinə seçkilər cari ilin payızında keçiriləcək.

Qeyd edək ki, 2019-cu ildə məşqdə infarkt keçirən Kasilyasın futbolçu karyerasını başa vuracağı gözlənilir. / Report

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png