ONN media

“Mahir elə söz deməyib” — Anar Mədətov kupça məsələsindən DANIŞDI

“Mahir elə söz deməyib” — Anar Mədətov kupça məsələsindən DANIŞDI
11 Sentyabr 2019 - 20:52
Milli komandamızın və “Qarabağ”ın hücumçusu Mahir Mədətovun (Əmrəli) atası, tanınmış prodüser Anar Mədətov oğlunun onun barəsində mətbuata açıqlama verməsinə münasibət bildirib.

A.Mədətov “Ölkə.Az”-a açıqlamasında bildirib ki, Mahir, “ev onun adınadırsa, kupçanı göstərsin” ifadəsini işlətməyib:

“Nə oğlum Mahir, nə də keçmiş həyat yoldaşım Elnurə Mədətova bu barədə danışmayıblar. Çünki Mahir məşqdə, anası isə şəxsi işləri ilə məşğul olub. Mən də müğənni Elçin Hüseynovla bir tədbirdə idik. Yəni, belə bir açıqlamanın verilməsi mümkünsüzdür. Xahiş edirəm, mətbuat belə şeyləri yazanda diqqətli olsun”.

Qeyd edək ki, milli futbolçuya məxsus olduğu deyilən evdən 20 min dollar, 17 min manat, qızıl zinət əşyaları və mobil telefonlar (ümumilikdə 60 min manat) oğurlanıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png