ONN İnformasiya Agentliyi

“Mahir Emreli sağlamdır” – “Legia”nın baş məşqçisi

“Mahir Emreli sağlamdır” – “Legia”nın baş məşqçisi
15 Oktyabr 2021 - 14:34

“Legiya”nın baş məşqçisi Çeslav Mixneviç “Lex”lə oyunöncəsi mətbuat konfransında Azərbaycan yığmasının üzvü Mahir Emrelinin durumundan danışıb.

ONN media xəbər verir ki, o, millimizin forvardının durmunun yaxşı olduğunu deyib:

“Mahirlə bağlı vəziyyət aydındır. Oyunçumuz sağlamdır və peyvənd olunub. Onun verdiyi son testlər neqativ olub və əlavə testlərdən də keçib. Bazar günü meydana çıxıb yaxşı oyun göstərəcək”.

Qeyd edək ki, oktyabrın 17-də keçiriləcək “Legiya” – “Lex” görüşü Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png