ONN İnformasiya Agentliyi

Makron bu hərəkətinə görə gülünc vəziyyətə düşdü

Makron bu hərəkətinə görə gülünc vəziyyətə düşdü
20 Dekabr 2022 - 0:34

Fransa Prezidenti Emmanuel Makron DÇ-2022-nin finalındakı davranışlara görə ölkəsində tənqid olunur.

ONN media xəbər verir ki, Argentina millisinə məğlubiyyətdən (3:3, penaltilər seriyası 2:4) sonra Fransa prezidenti meydana enərək futbolçulara təsəlli verib. Makron Kilian Mbappeyə xüsusi diqqət yetirib. Siyasətçi het-trik edən hücumçunun yanında uzun müddət dayanıb və ona nəsə deyib.

Fransa Milli Assambleyasının deputatı Sandrin Russo sosial şəbəkədəki paylaşımında “Yöndəmsiz Emmanuel Makron” yazıb.

Fransa Milli Assambleyasının deputatı Daniel Obono isə Mbappe ilə Makronun fotosunu yerləşdirərək “Beynəlxalq səviyyədə biabırçılıq” – sözlərini qeyd edib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png