ONN İnformasiya Agentliyi

Mariya Stadnikdən qızıl medal!

Mariya Stadnikdən qızıl medal!
28 İyun 2019 - 20:32

Azərbaycan qadın güləşçisi Mariya Stadnik “Minsk 2019” II Avropa Oyunlarının qalibi olub.

ONN media xəbər verir ki, 50 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz finalda ukraynalı Oksana Livaçla üz-üzə gəlib. Rəqibini 7:1 hesabı ilə məğlub edən olimpiya mükafatçımız çempion olub.

Qeyd edək ki, bu, Azərbaycan idmançılarının II Avropa Oyunlarındakı üçüncü qızıl medalı olub. Daha öncə sərbəst güləşçilər – Mahir Əmiraslanov (57 kq) və Hacı Əliyev (65 kq) qızıl medal əldə edə bilib.
ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png