Marselo sürücülük hüququndan məhrum edildi

“Real”ın futbolçusu Marselo sürücülük hüququndan məhrum edilib.

ONN media xəbər verir ki, buna səbəb 31 yaşlı müdafiəçinin avtomobil idarə edərkən spirtli içki testindən imtina etməsidir. O, Braziliyanın Rio-de-Janeyro şəhərində polis tərəfindən saxlanılıb.

Marselona 675 avro cərimə ödəyib və bir il ərzində ölkədə avtomobil idarə etmək hüququndan məhrum olunub.