ONN İnformasiya Agentliyi

Messi bu futbolçunun “Barselona”ya transferini istədi

Messi bu futbolçunun “Barselona”ya transferini istədi
31 Mart 2018 - 13:06

Lionel Messi daha bir futbolçunun "Barselona"ya tranfser olunmasını istəyib.

ONN media xəbər verir ki, bu barədə "Diario Gol" məlumat yayıb.

İddia olunur ki, Messi klub rəhbərliyindən "Bavariya"nın formasını geyinən David Alabanın alınmasını istəyib. "Barselona" artıq avstriyalı futbolçunun transferi üçün çalışmalara başlayıb.

Qeyd edək ki, "Bavariya" David Alabanı 2008-ci ildə "Austria" klubundan 150 min avroya alıb. "Transfermarkt" hazırda 25 yaşlı müdafiəçiyə 38 milyon avro qiymət qoyub. Futbolçu cari mövsümdə 31 rəsmi oyuna çıxaraq 1 qol vurub və 5 məhsuldar ötürmə edib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png