Messi ilə bağlı qərar verildi

PSJ-nin hücumçusu Lionel Messi sabiq klubu “Barselona”ya qayıtmayacaq.

ONN media xəbər verir ki, bu barədə argentinalı jurnalist Qaston Edul məlumat yayıb. O, Kataloniya klubunun 35 yaşlı hücumçunu geri qaytarmaq fikrində olmadığını bildirib.

Messi 2000-2021-ci illərdə “Barselona”da forma geyinib. O, 2021-ci ilin avqustundan PSJ-də çıxış edir