Messi təhdid edildi- SƏNİ GÖZLƏYİRİK!

PSJ-nin argentinalı futbolçusu Lionel Messi Argentinada ölümlə hədələnib.

ONN media xəbər verir ki, naməlum şəxslər Rosarioda Messinin həyat yoldaşı Antonella Rokutsaya məxsus mağazaya 14 dəfə atəş açıblar.

“Messi, səni gözləyirik. Pablo Yavkin (Rosarionun meri – red.) narkotik alverçisidir, səni xilas etməyəcək”, – sözügedən şəxslər divara yazıblar.