ONN İnformasiya Agentliyi

Messi zəvvar yolu gedəcək – NİYYƏT

Messi zəvvar yolu gedəcək – NİYYƏT
10 Noyabr 2017 - 8:23
Argentina yığmasının və “Barselona”nın futbolçusu Lionel Messi DÇ-2018-lə bağlı niyyət edib.
ONN media xəbər verir ki, Messi DÇ-yə vəsiqə qazanacaqları ilə bağlı inamın onu heç vaxt tərk etmədiyini vurğulayıb. O, mundialın qalibi olacaqları təqdirdə, kilsəni ziyarət edəcəyini bildirib:
“Həmişə inanırdım ki, DÇ-yə vəsiqə qazanacağıq. Amma güman edirdim ki, bu vəzifəni Ekvadorla oyuna qədər həll edəcəyik.
Vəd verirəm, Argentina yığması DÇ-2018-in qalib olsa, onda Müqəddəs Nikolay kilsəsinə qədər zəvvar yolu gedəcəm”.
Messi DÇ-2018-in seçmə mərhələsinin son qarşılaşmasında – Ekvadorla oyunda het-trik edərək, komandasına mundiala vəsiqə qazandırıb.
ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png