Messidən ÜZÜCÜ XƏBƏR

İspaniyanın “Barselona” komandasının futbolçusu Lionel Messinin avqustun əvvəlində sağ ayağından aldığı zədə hələ sağalmayıb.

ONN media bildirir ki, 32 yaşlı hücumçunun UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk oyununda komandasına kömək edə bilməyəcəyi ehtimal edilir.

Argentinalı oyunçu La Liqanın IV turunda keçiriləcək “Valensiya” ilə ev matçında iştirak etməyəcək.

Qeyd edək ki, “Barselona” Çempionlar Liqasındakı ilk oyununu sentyabrın 17-də səfərdə Almaniya “Borussiya”sına (Dortmund) qarşı keçirəcək.