Messinin oğlundan maraqlı hədiyyə

Lionel Messinin oğlu Argentina millisinin azarkeşlərinə sovurma konfet atıb.

PSJ-nin hücumçusunun ailəsi DÇ-2022-nin 1/8 final mərhələsində Argentina – Avstraliya matçına (2:1) qatılıb.

Futbolçunun ailəsinin yerləşdiyi lojanın altında çox sayda Argentina pərəstişkarları əyləşib.

Fanatlar mahnı oxuyarkən Messi və Antonella Rokuzzonun ortancıl oğlu 7 yaşlı Mateo izdihama sovurma konfet atıb. Bunu görcək, anası övladını danlayıb.

Görüntülər sosial şəbəkələrdə yayılaraq böyük marağa səbəb olub. Uşağın davranışı əsasən pərəstişkarlar arasında xoş qarşılanıb. “Bu oğlan başdan ayağa argentinalıdır”, – onlardan biri yazıb