Messiyə yeni təklif gəlib

Bir müddət öncə “Əl Nəsr”ə transfer olunan Kristiano Ronaldonunda ardınca daha bir ulduz futbolçu Səudiyyə Ərəbistanına yollana bilər.

ONN media xəbər verir ki, söhbət ulduz futbolçunun rəqibi Lionel Messidən gedir. “Əl Hilal” klubu PSJ-nin hücumçusu transfer etmək istəyir. Bu barədə CNN məlumat yayıb. Bildirilir ki, klub rəhbərliyi Messiyə artıq təklif göndərib.

İddialara görə, “Əl Hilal” 35 yaşlı hücumçuya illik 350 milyon avro ödəməyə hazırdır. Messi təklifi qəbul etsə, ən çox gəlir əldə edən futbolçu olacaq.

PSJ ilə müqaviləsi mövsümün sonunda başa çatmalı olan Messinin bu təklifə müsbət yanaşdığı iddial olunur.