“Milan”da dəyişiklik

“Milan” klubunun polşalı hücumçusu Kşiştof Pyentek forma nömrəsini dəyişib.

ONN media xəbər verir ki, hücumçu yeni mövsümdən 9 nömrəli forma ilə mübarizə aparacaq. Bu barədə o, şəxsi İnstagram hesabından məlumat yayıb.

Qeyd edək ki, son mövsümün qış fasiləsində “Genoa”dan “Milan”a keçən Pyentek 19 nömrəli formanı geyinirdi.