“Milan”dan Çalhanoğlu ilə bağlı qərar

“Milan” futbolçusu Hakan Çalhanoğlu ilə müqavilənin müddətini uzatmağı planlaşdırır.

ONN media  xəbər verir ki, İtaliya klubuna baş məşqçi təyin olunacağı gözlənilən Ralf Ranqnikin də türk yarımmüdafiəçinin komandada qalmasını istədiyi bldirilib.Çalhanoğlunun “Milan”la hazırkı müqaviləsi 2021-ci ilin iyununda başa çatır.

O, bu mövsüm 27 matçda 5 qol vurub, 3 qolun ötürməsini verib.