Millimiz Makedoniya ilə yarışacaq

Millimiz Makedoniya ilə yoldaşlıq oyunu keçirəcək.

ONN media xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Türkiyənin Antalya şəhərində Azərbaycan və Makedoniya milli komandaları arasında yoldaşlıq oyununun keçirilməsi barədə AFFA və Makedoniya Futbol Federasiyası arasında ilkin razılıq əldə olunub.

Görüş martın 27-də keçiriləcək.