ONN İnformasiya Agentliyi

Millimiz Moldovaya qalib gəldi

Millimiz Moldovaya qalib gəldi
23 Oktyabr 2019 - 22:49

2020-ci ildə təşkil olunacaq futzal üzrə dünya çempionatının əsas mərhələsi çərçivəsində Azərbaycan milli komandası bu gün ilk oyununu keçirib. 

ONN media xəbər verir ki, Joze Alesio Da Silvanın rəhbərlik etdiyi kollektiv Moldova ilə qarşılaşıb.

Bakı İdman Sarayında keçirilən görüş millimizin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Millimizin yer aldığı qrupun digər oyununda bu gün Slovakiya Monteneqro ilə qarşılaşıb və 5:0 hesabıyla qalib gəlib.

DÇ-2020-nin əsas mərhələsi
23 oktyabr

Azərbaycan – Moldova 3:1
Qol: T.M.Tyaqo, 11:32; 34:40. Vassura, 32:49 – A.Luşka, 07:15.
Qırmızı vərəqə: İ.Atayev, 23:34.
Hakimlər: Andrey Çerni (Çexiya), İngus Purinş (Latviya), İngo Heemsot (Almaniya)
Hakim-inspektor: Qalan Nyeto Pedro Anxel (İspaniya)
UEFA nümayəndəsi: Assem Kujanova (Qazaxıstan).

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png