ONN İnformasiya Agentliyi

Millimiz Ukraynaya böyük hesabla uduzub

Millimiz Ukraynaya böyük hesabla uduzub
14 Mart 2018 - 16:28

19 yaşadək qızlardan ibarət Azərbaycan millisi yoxlama oyunu keçirib.

ONN media xəbər verir ki, Ukraynada təlim-məşq toplanışında olan Vüqar Əsgərlinin yetirmələri bu ölkənin müvafiq yaş qrupundan olan komanda ilə görüşüb.

Meydan sahibləri Kiyevdəki matçın taleyini ilk yarım saatda həll edib. 30 dəqiqəyə 3 cavabsız qol vuran Ukrayna yığması böyükhesablı qələbəni əldən verməyib. Düzdü, millimiz fasilə ərəfəsində fərqi azaldıb. Lakin ikinci hissədə ukraynalılar daha bir qol vurmağa müvəffəq olublar – 4:1.

Qeyd edək ki, Azərbaycan və Ukrayna milliləri martın 17-də ikinci yoxlama oyununda üz-üzə gələcək.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png