Millimizdən BÖYÜK UĞUR: Biletlər satıldı

Futbol üzrə Azərbaycan millisinin Avro-2024-ün seçmə mərhələsində Avstriyaya qarşı keçirəcəyi səfər oyununa maraq böyükdür.

ONN media xəbər verir ki, qarşılaşma üçün biletlərin hamısı satılıb. Bu barədə Avstriya Futbol Assosiasiyasının saytı məlumat yayıb. “Raiffeisen Arena”da keçiriləcək oyun üçün 17 min bilet satışa çıxarılıb. Bir neçə saat ərzində biletlərin hamısı bitib.

Qeyd edək ki, martın 24-də keçiriləcək Avstriya – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.