Millinin baş məşqçisi oyuna çıxmadan istefaya göndərildi

Futbol üzrə Birləşmiş Ərəb Əmirlikləri millisinin baş məşqçisi İvan Yovaneviç istefaya göndərilib.

ONN media  xəbər verir ki, ötən ilin dekabr ayında yığmaya gətirilən serbiyalı mütəxəssislə müqaviləyə xitam verilib.

Yığmanın mart ayında keçirməli olduğu yoldaşlıq oyunları koronavirusa görə ləğv olunduğundan 58 yaşlı İ.Yovaneviç komandanın sükanı arxasında matça çıxa bilməyib.(publika)