ONN İnformasiya Agentliyi

Millinin oyunu neytral meydanda keçiriləcək

Millinin oyunu neytral meydanda keçiriləcək
03 Mart 2021 - 23:22

DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində martın 24-də keçiriləcək Portuqaliya – Azərbaycan oyunu İtaliyanın Turin şəhərində, “Yuventus” klubuna məxsus stadionda təşkil olunacaq.

ONN media xəbər verir ki, bununla bağlı AFFA-ya müvafiq rəsmi məlumat UEFA-dan, Portuqaliya Futbol Federasiyasından və “Yuventus” klubundan göndərilib və AFFA tərəfindən razılıq verilib.

Portuqaliya milli komandasının ev oyununun neytral meydanda keçirilməsinin səbəbi COVID-19 pandemiyasıdır.

UEFA AFFA-ya, Portuqaliya Futbol Federasiyasına və İtaliya Futbol Federasiyasına əməkdaşlığa görə təşəkkür edir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png