Minskdə İkinci Avropa Oyunlarının bağlanış mərasimi başladı

Minskdə Dinamo Stadionunda İkinci Avropa Oyunlarının bağlanış mərasimi başlayıb.

ONN media trend -ə istinadən bildirir ki, 50 Avropa ölkəsindən idmançıların iştirakı ilə 12 arenada on gündən çox müddətdə keçirilən genişmiqyaslı idman bayramı başa çatıb.

Ölkənin əsas arenasının tribunaları tamaşaçılarla doludur, onların bir çoxu da forumun təşkili və keçirilməsində iştirak edib.

Stadionun mərkəzində Milli Kitabxananın kompozisiyası quraşdırılıb. Mərasim, Belarusun dövlət himninin səsləndirilməsi ilə başlayıb.