Misirli futbolçu İngilis futbolunun tarixinə düşdü

"Liverpul"un yarımmüdafiəçisi Mohamed Salah İngiltərə Premyer Liqasının 28-ci turunda "Vest Hem"ə qarşı keçirilən oyunda (4:1) 51-ci dəqiqədə fərqlənib.

ONN media goal.az-a istinadən xəbər verir ki, bu qol sayəsində misirli futbolçu Premyer Liqanın tarixinə düşüb. Belə ki, Salah İngiltərə çempionatında mövsüm ərzində sol ayağı ilə 20 qol vuran ilk futbolçu olub.