ONN İnformasiya Agentliyi

Moskvadakı karate turniri ləğv edildi – SƏBƏB?

Moskvadakı karate turniri  ləğv edildi – SƏBƏB?
15 Oktyabr 2020 - 4:56

Rusiyanın paytaxtı Moskvada keçirilməsi planlaşdırılan Karate-1 Premyer Liqa turniri ləğv edilib.

ONN media xəbər verir ki, bu barədə Dünya Karate Federasiya (WKF) yerli hakimiyyət orqanları ilə məsləhətləşmədən sonra qərar çıxarıb.

WKF yarışın koronavirus pandemiyası səbəbindən ləğv olunduğunu və Rusiya tərəfindən sağlamlığa tam zəmanət verilmədiyini bildirib.

Qeyd edək ki, Moskvadakı Premyer Liqa turniri əvvəlcə 2 – 4 oktyabra təyin edilib. Sonradan dekabrda keçirilməsi nəzərdə tutulan yarış rəsmi olaraq ləğv edilib. Rusiyadakı turnirdə azərbaycanlı karateçilərin də iştirakı planlaşdırılıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png