ONN İnformasiya Agentliyi

Nazirlikdən Tofiq Bəhramovun heykəli ilə bağlı – AÇIQLAMA

Nazirlikdən Tofiq Bəhramovun heykəli ilə bağlı – AÇIQLAMA
13 Yanvar 2021 - 21:48

Azərbaycanın məşhur futbol hakimi Tofiq Bəhramovun Respublika stadionundakı heykəli ilə bağlı problem aradan qaldırılır.

ONN media  xəbər verir ki, bu barədə Azərbaycan Gənclər və İdman Nazirliyinin Mətbuat katibi Səmayə Məmmədova məlumat verib.

Nazirlik rəsmisinin sözlərinə görə, heykəlin rəngini yeniləmək üçün üzü cilalanıb: “Əslində buna problem demək olmaz. Bilirsiniz ki, nazirliyin mərkəzi arenada reabilitasiya mərkəzi var. Orada təmir işləri gedirdi. Heykəlin rəngi köhnəldiyindən, üz qabığında çatlar əmələ gəlmişdi. Yenidən rəngləmək üçün sadəcə üzü cilalanmışdı. Bu, işləri təhvil verəndə heykəlin də təmiz olması üçün edilmişdi. Bu gündən işlərə başlanılıb. 1-2 günə yekunlaşacaq”.

Tofiq Bəhramovun adını daşıyan nəvəsi babasının heykəlinin rənginin ağardılması ilə bağlı AFFA-ya müraciət edərək onun əvvəlki vəziyyətə qaytarılmasını xahiş edib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png