ONN İnformasiya Agentliyi

“Neftçi” FK Azərbaycana xal qazandırdı

“Neftçi” FK Azərbaycana xal qazandırdı
05 Avqust 2022 - 8:29

Azərbaycan UEFA reytinqində 2022/2023 mövsümü üçün xal ehtiyatını yenidən artırıb.

Bu, “Neftçi”nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda Avstriyanın “Rapid” (Vyana) klubu üzərində 2:1 hesablı ev qələbəsi sayəsində mümkün olub. Bu nəticə hazırda avrokuboklarda 2 komanda ilə təmsil olunan ölkənin aktivinə daha 0,250 xal gətirib.

Lakin Azərbaycan bu mövsüm üzrə xal sayını 1,625-ə, son 5 mövsümdə isə 14,250-yə çatdırmasına baxmayaraq, 29-cu pillədə qalıb. 28-ci sırada 15,375 xalla Polşa qərarlaşıb.

Azərbaycanın Çempionlar Liqasındakı təmsilçisi “Qarabağ” III təsnifat mərhələsinin cavab oyununda avqustun 9-da Macaırstanda “Ferentsvaroş”un qonağı olacaq. Bakıdakı ilk oyunda qalib müəyyənləşməyib.

Qeyd edək ki, Avropa Liqası və Konfrans Liqasında III təsnifat mərhələsinin ilk matçlarından sonra reytinq siyahısında müəyyən dəyişikliklər də baş verib. İrlandiya 9,125 xalla 38-ci, Lixtenşteyn 6,500 xalla 48-ci pilləyə yüksəlib. Bundan başqa, Litva (8,750) 39-cu, Lüksemburq (8750) 40-cı, Albaniya (6,250) 49-cu, Uels isə (6,166) 50-ci sıraya geriləyib

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png