ONN İnformasiya Agentliyi

“Neftçi” klubunda yeni təyinat

“Neftçi” klubunda yeni təyinat
22 Fevral 2018 - 16:50

“Neftçi” futbol klubunda yeni təyinat olub.

ONN media kluba istinadla xəbər verir ki, Ceyhun Sultanov “Neftçi”nin idman direktoru vəzifəsinə təyin edilib. 1997/1998-ci il mövsümündə “Neftçi”nin şərəfini qorumuş və 23 oyunda 6 qola imza atmış Ceyhun Sultanov “Fərid” (1996-1997-ci il), “Dinamo” (1998-2001-ci il), “Maşinsazi” (Təbriz, 2003-2004-cü il), “Bakı” (2004-2007-ci il), “Xəzər-Lənkəran” (2007-2010-cu il), “Kəpəz” (2010-2012-ci il), “Sumqayıt” (2012-ci il), “Qəbələ” (2013-cü il) klublarında da çıxış edib.

O, Azərbaycan çempionatının və kubokunun qalibidir. U-21 yığmamızın kapitanı olmuş Ceyhun Sultanov 1998-2007-ci illərdə Azərbaycan milli komandasının heyətində 16 oyun keçirib, 1 qol vurub. Otuz səkkiz yaşlı mütəxəssis “Bakı”da seleksiyaçı məşqçi, “Sumqayıt”da baş menecer vəzifələrində çalışıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png