ONN İnformasiya Agentliyi

“Neftçi”yə yeni baş məşqçi təyin edildi

“Neftçi”yə yeni baş məşqçi təyin edildi
22 Yanvar 2020 - 11:15

“Neftçi” futbol komandasının məşqçilər korpusuna yeni təyinat olub.

ONN media xəbər verir ki, fiziki hazırlıq üzrə məşqçisi vəzifəsini Mario Fernandes Kastelyano yerinə yetirəcək. 34 yaşlı ispaniyalı mütəxəssislə mövsümün sonunadək müqavilə bağlanıb.

Qeyd edək ki, 2013 – 2015-ci illərdə “Bakı” klubunda işləmiş Mario Fernandes Kastelyano Madrid “Atletiko”sunun futbol akademiyasında (U-10-U-17, 2005-2010) və “B” komandasında (2010-2012), eləcə də İspaniyanın “Xetafe” “B” (2015-2016) və Çinin “Dalian Yifanq” (2016-2018) klublarında çalışıb. UEFA-nın PRO kateqoriyasına malikdir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png